SON DƏQİQƏ: NATO Azərbaycana ermənistanla müharibə etmə hüququ tanıdı

Ermənistan liderinin siyasi kələkbazlığı faş oldu
NATO-nun Brüssel sammitinin yekun sənədində postsovet məkanında yaranmış bütün münaqişələrlə birlikdə Qarabağ münaqişəsinin ərazi btüövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsinin vacib sayılması Ermənistan üçün təhlükəmlidir.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Ermənistanın “1in.am” portalına müsahibəsində politoloq Stepan Safaryan bildirib.
Safaryanın sözlərinə görə, əvvəlki NATO sənədlərindən də Ukrayna, Gürcüstan və Molodova ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü tanınırdı, amma orada xüususi vurğulanırdı ki, Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanır, yəni Azərbaycanın müharibə hüququ arxa plana keçirilirdi.
“Mən bilmirəm erməni tərəfi hansı səyləri göstərib ki, bü cür ümumiləşmə baş verməsin. Mən düşünürəm ki, görülən işlər qeyri-kafidir. Əvvəl belə keçid yox idi”,- deyə Stepan Safaryan bildirib.
Erməni politoloq açıq deməsə də, dolayı yolla vurğulayır ki, Azərbaycan bundan Qarabağda öz ərazi bütövlüyünü təmin etmək məqsədi ilə hərbi əməliyyatlara başlamaq üçün istifadə edə bilər. O, NATO sammitində Ermənistanın bu uğursuzluğunu Paşiyanın komandasının təcrübəsizliyi ilə izah edib.
Əslində, bütün gözləntilərə baxmayaraq, NATO Ermənistana qarşı mövqeyini məhz Nikol Paşinyanın səbatsız addımlarına görə sərtləşdirib. Nikol Paşiyan parlament müxalifətinin başçısı olaraq həmişə Ermənistanın Rusiyanın təsir zonasından - Avrasiya İttifaqından və KTMT blokundan çıxmasını tələb edirdi. Məhz bu şüarlarla o, Ermənistan inqilabının başçısına çevrildi və yüzminlərlə insanı meydanlara Rusiya əleyhinə şüarlarla çıxardı. Amma hakimiyyəti ələ keçirdikdən sonra Rusiyanın qucağında sələfi Serj Sarkisyandan da möhkəm oturmağa başladı.