Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib, 20 nəfər ölüb- YENİLƏNİB

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Mastunq dairəsində baş verib.
Partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partriyasının sədri, deputatlığa namizəd Navabzada Siray Raysani də var.
17:37
*****
Pakistanda Ultrasağ Seçki Hərəkatı Alyansının lideri Axran Xan Durraninin parlament seçkiləri ilə bağlı mitinqinin keçirildiyi məkanın yaxınlığında baş verən partlayış nəticəsində dörd nəfər həlak olub, azı 31 nəfər yaralanıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Xayber-Paxtunxva əyalətinin Bannu şəhərində baş verən partlayış nəticəsində yaralananlar şəhər xəstəxanasına çatdırılıb, onların bir neçəsinin vəziyyəti ağırdır. Partlayışla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Xatırladırıq ki, iyulun 25-də Pakistan parlamentinə seçkilər keçiriləcək və bununla əlaqədar ölkədə seçkiqabağı mitinq və yığıncaqlar təşkil olunur.