Türk əsgəri əməliyyat üçün hazırlandı: Əsəd və PYD BİRLİKLƏRİ QAÇDI

Baxış sayı:
2956

Türk Silahlı Qüvvələri (TSQ) ilə Azad Suriya Ordusu (ASO) hissələrinin Suriyanın Tel Rifat bölgəsi üçün əməliyyat hazırlıqlarına başlaması, Əsəd rejimi və PKK-lıları qorxutdu.
 
“Zeytun Budağı” Hərəkatı zamanı Afrin zonasından qaçan PKK/YPG-lilərin sığındığı Tel Rifat bölgəsi və Minnig Havalanını əlində saxlayan Əsəd qüvvələri, dünən gecə Hələbin şimalına çəkilməyə başlayıb. Rejimə bağlı böyük birliklərin Tel Rifatdan çəkilməsi, Afrin əməliyyatı zamanı bölgəyə qaçan terrorçuların də böyük hissəsinin də Tel Rifatdan qaçmasına səbəb olub.
Bölgəyə Afrin, Azez və Mare-dən girməyə hazırlanan TSQ və ASO birlikləri, Tel Rifat qəsəbə mərkəzi və 19 kənd ilə Minnig hava limanı üçün əməliyyat keçirməyi planlaşdırır. Bölgəyə çox sayda artilleriya və quru qoşunlarının sövq edildiyi, eyni zamanda xüsusi xidmət orqanlarının də sahədə kəşfiyyat əməliyyatları apardığı bildirilir. TSQ qoşunlarının əməliyyatı başa çatdırmasından sonra qaçan yerli xalqın yavaş-yavaş evlərinə qayıtması gözlənilir. Yerli mənbələrə görə Tel Rifatdan köçənlərin sayı 55 mindən çoxdur.
Müxalifət.az