Rusiyada neft şirkətində partlayış olub-5 nəfər yaralanıb
13-07-2018 11:41
Baxış sayı:
2527

Rusiyanın Xantı-Mansiy Muxtar Dairəsində “Surqutneftqaz” şirkətinin müəssisələrindən birində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Regional Fövqəladə Hallar Xidmətdən bildiriblər.
Yaralılardan ikisi ağır, üçü isə orta-ağır dərəcədə xəsarət alıb. Hadisə yerində komissiya işləyir. Partlayışı səbəbi araşdırlır.
“Surqutneftqazın mətbuat xidməti hadisənin şərh etməyib.