Adnan Oktarın FETÖ ilə əlaqəsi təsbit edilib

Baxış sayı:
2497

Adnan Oktarın 17-25 dekabr hadisələrindən sonra dəfələrlə FETÖ idarəçiliyi cinayətindən ittiham olunan və fərari müqəssir olan Tuncay Opçin və “Balyoz” hiylə mühakiməsi ilə bağlı məhbusda olan Məmməd Baransu ilə bir neçə dəfə görüşdükləri də müəyyən edilib.
 
Adnan Oktar və qrupuna yönəlik İstanbul Polis İdarəsi Maliyyə Cinayətlər ilə Mübarizə Şöbəsinin əməkdaşlarının dünən səhər saatlarında başladığı əməliyyatın yeni detalları müəyyən olub.
 
OKTAR FETÖCÜ OPÇİN VƏ BARANSU İLƏ TƏKBƏTƏK GÖRÜŞMÜŞ
 
Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşlarının Adnan Oktara qarşı 2 ildir apardığı texniki və fizika təqib işlərində, onun FETÖ-çu Məmməd Baransu ilə təkbətək görüşdüklərini müəyyən edib.
 
“PUL HƏRİSLİYİ OLAN ANALAR QIZ UŞAQLARINI OKTARA TƏSLİM EDİB” İDDİASI
 
Oktar və qrupuna qarşı keçirilən əməliyyatda polislər apardıqları araşdırmalarda, yaşı kiçik olan 15 uşağın qrupda cinsi istismar edildiyini müəyyən edib. İddiaya görə, qrupda olan 2 ananın qız uşaqlarını lüks həyat və pul hərisliyi üçün Adnan Oktar təslim etdiyi, bu uşaqların cinsi istismara məruz qaldığı müəyyən edilib. Oktar və anaların bu istiqamətdə telefon danışıqlarının qeydiyyatının olduğu bildirilib.
Müxalifət.az