Muhərrəm İncə İstanbul Bələdiyyə Başqanlığına namizəd olacaqmı?

Baxış sayı:
2506

Muhərrəm İncə, iştirak etdiyi canlı yayımda, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olmayacağını açıqlayıb.
 
“Habertürk” TV-nin canlı efirində danışan Muhərrəm İncə, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədlik təklifi gəldiyi təqdirdə bunu rədd edəcəyini söyləyib.
 
“MƏN NAMİZƏD OLMAYACAĞAM, ENGİN BƏY ÖZÜ NAMİZƏD OLA BİLƏR”
 
Engin Altayın açıqlamalarının verilməsindən sonra isə İncə," Engin bəy də İstanbul millət vəkilidir. Namizəd olmaq istəsə, özü ola bilər. Mənim belə bir fikrim yoxdur. Amma məndən soruşsanız, İstanbul Böyükşəhər namizədini üzvlər təyin etməlidir. 200 min üzv təyin etməlidir" deyib.
Müxalifət.az