​Aeroporta 3 bomba qoyulub, gecə yarısına qədər... - Gizli zəng

Baxış sayı:
3841

Yunanıstanın paytaxtı Afinada Elefterios Venizelos beynəlxalq hava limanında partlayıcı yerləşdirilməsi ilə bağlı yayılan məlumat ölkəni ayağa qaldırıb.
Muxalifet.az xəbər verir ki, naməlum şəxs yerli media orqanlarından birinə zəng edərək, aeroporta 3 bombanın yerləşdirildiyini və gecə yarısına qədər hər üçünün partladılacağını bildirib.
Dərhal hərəkətə keçən hüquq-mühafizə orqanları məlumatın doğru olub-olmadığını araşdırır.
Olayla bağlı əlavə məlumat verilmir.