Ölkə üzrə elektrik enerjisi tam bərpa olundu
12-07-2018 21:14
Baxış sayı:
3667

Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub.
Muxalifet.az xəbər verir ki, bunun nəticəsində enerji təchizatında yaranmış məhdudiyyət “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən çevik tədbirlərlə aradan qaldırılıb.
Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlər görülür.
Xatırladaq ki, bu gün saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib. Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya səbəb olmuşdu.