​Fransa Azərbaycana silah satışına başlayır?

Baxış sayı:
3574

Fransanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Fransanın bu məsələdə mövqeyi dəyişməyib.
"Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq", - deyə məlumatda vurğulanıb.