Bu ölkə Xameneinin müşavirini Rusiyadan tələb etdi

Baxış sayı:
3232

Rusiya hökumətinə müraciət edərək, İran Ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin saxlanılaraq, Buenos-Ayresə təhvil verilməsini istəyib.

Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Argentinanın “Clarin” qəzeti yayıb.

Qeyd edək ki, Vilayəti Argentina tərəfindən 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinə hücumun təşkilatçılarından biri kimi tanınır. Belə ki, məhz o dövrdə İran xarici işlər naziri vəzifəsini tutan Vilayəti terrorçulara teraktı həyata keçirmək üçün ilham verib.

Hazırda Vilayəti Rusiyada səfərdədir.