Çavuşoğlu Münbiç üçün YOL XƏRİTƏSİNİ AÇIQLADI

Türkiyənin XİN rəhbəri Çavuşoğlu, ABŞ-lı həmkarı Pompeo ilə Menbiç üçün varılan müqaviləni ictimaiyyəti ilə bölüşüb. Buna görə, YPG bölgədən çəkilcək, silahlar alınacaq.
Çavuşoğlunun yol xəritəsi ilə bağlı açıqlaması:
"Münbiç modeli tamamlandıqdan sonra bunu digər sahələrə də tətbiq edəcəyik. YPG-nin işğal etdiyi digər ərazilərə də bu model sirayət edəcək. Anlaşmamızda bu da var".
"Silahlar YPG-dən alınacaq".
"Atacağımız addım əsasən həm Suriyanın gələcəyi üçün əhəmiyyətlidir, həm də ABŞ ilə pozulan münasibətləri yenidən relsinə qoymaq üçün bir fürsətdir. Ona görə də, bu yol xəritəsinin tam olaraq həyata keçirilməsi lazımdır. Hər iki tərəfdə də bu qətiyyət var".
"YPG Münbiçdən çəkilərkən silahlar alınacaq. Çəkilmə prosesi bitəndə silahlar da alınmış olacaq".
"Bu prosesdə heç bir üçüncü ölkənin rolu olmayacaq. Bu Fransanı da, İngiltərəni də, Belçikanı da əhatə edir. Heç bir üçüncü ölkə olmayacaq".
Müxalifət.az