Qəndil əməliyyatına XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR DƏSTƏK VERƏCƏK

“Zeytun Budağı” Hərəkatında terror təşkilatı YPG-yə qarşı mücadilə verən Xüsusi Təyinatlı Komandolar, Qəndilə qarşı keçiriləcək əməliyyatın da ön sıralarında yer alacaq.
Suriyanın şimalına yuvalanaraq dövlət qurmaq xəyalına qapılan terror təşkilatları, “Zeytun Budağı” Hərəkatı ilə iflasa uğradı.
Təxminən 5 min terrorçunun zərərsizləşdirildiyi əməliyyatlar çərçivəsində, Afrində sülh və əmin-amanlıq şəraiti təmin olunub.
XÜSUSİ TƏYİNATLILAR NÖVBƏTİ XİDMƏTƏ
Hərəkata qoşulan xüsusi təyinatlıların yeni xidmət ünvanı isə Şimali İraq olacaq.
Bölgədə addım-addım Qəndilə gedən əsgərlərin yanına göndərilən xüsusi təyinatlı komandolar, döyüşün ön sıralarında yer alacaq.
QƏNDİLDƏ SONA DOĞRU
Təşkilatın idarəetmə mərkəzi kimi göstərilən Qəndilin, havadan və qurudan keçiriləcək əməliyyatlarla yerlə bir edilməsi planlaşdırılır.
Müxalifət.az