TSQ-nin Şimali Iraqdakı HƏDƏFİ: PKK-nın GİZLİ ARXİVLƏRİ

Terror təşkilatı PKK-nın İraqın şimalındakı maddi-texniki və təlim düşərgələrinə qarşı 2 aydır ki, əməliyyatlar davam edir. TSQ-nin ilk hədəfi terror təşkilatının 40 ildən bu yana qoruduğu iki arxiv sənədlərinin qorunduğu sahələrdən biri olacaq. "Barazgir arxiv sahəsinin ələ keçdiyi təqdirdə təşkilatın 40 illik çirkli əlaqələri ifşa olacaq. Hərbi mənbələr, iyulda Barazgirə qarşı əməliyyatların başlayacağını bildirir. İraqın şimalındakı sərhəddən kənar əməliyyatlar nəticəsində terror təşkilatının 5-i lojistik, 11-i siyasi və silahlı təlim yerləri olmaqla, cəmi 16 düşərgənin tamamilə ortadan qaldırıldığı bildirilir. Bölgədəki yerli qaynaqlar, xüsusən Bermizə və Hakurk bazalarının təşkilat üçün Türkiyəyə keçidlərdə istifadə edilən xüsusi bir baza olduğunu bildirərək, hər 2 düşərgənin də Türkiyəyə yaxın bölgələr olduğu üçün yaralanan terrorçuların ilk müalicəsi üçün istifadə edildiyini bildirir. QƏNDİLİN KEÇİD QAPISINA DAYANILDI Xəbərə görə, TSQ-nin dünən etibarilə 25 km İraqın içərilərinə doğru dərinliyə endiyini qeyd edən hərbi yerli qaynaqlar, TSQ-nin terror təşkilatının mərkəzi bazası Qəndilin ən kritik qapısı, eyni zamanda da keçid nöqtəsi olan "Barazgir" vadisinə yerləşdiyini bildirir. Həmçinin regionda hərbi yığınaqların başladığı da gələn məlumatlar arasındadır. Bölgədəki hərbi mənbələr isə PKK-nın 1984-dən bu yana Kaletuka və Barazgirdə 2 lojistik bölgədə təşkilatın bütün məlumatlarının yer aldığı bir arxivin olduğunu, ələ keçdiyi təqdirdə təşkilatın illər boyu kimlərlə dialoq qurduğu və bütün dünyadakı fəaliyyətinin ortaya çıxacağını qeyd edirlər. Bölgədə 24 saat İHA-larla müşahidə aparıldığı da qeyd edilib. Bölgədəki hərbi mənbələr isə iyul ayının ilk həftəsində Qəndilə açılan ana vadi qapısı Barazgirə qarşı əməliyyatların başlayacağını bildirir. SİNCARA DAŞINACAQ? İki ay əvvəl İraq mərkəzi rəhbərliyi ilə razılaşaraq Sincardan və şəhər mərkəzindən silahlı gücünü çəkdiyini elan edən terror təşkilatının, Sincar dağı bölgəsindəki varlığını davam etdirdiyi bildirilir. Xüsusilə bölgədə İrana bağlı Haşdi Şabi qüvvələrinin yerləşməsi ilə ABŞ-ın, PKK-nın Sincar dağı bölgəsindən çəkilməsini dayandırdığı bildirilir. Digər tərəfdən, Sincar bölgəsindəki siyasi mənbələr isə İranın terror təşkilatı üzərində son 7 aydan bu yana qurduğu təzyiqlər nəticəsində PKK-nın Qəndildəki Kaletuka və Barazgirdəki 2 arxivini də Sincara, yəni ABŞ-ın indiki yerləşdiyi bölgənin 9 km qərbinə daşımağa hazırlandığı qeyd edilir. Təşkilatın hər iki regiondan arxivini daşıyıb, daşımadığı TSQ və İran tərəfindən yaradılan birgə xüsusi xidmət orqanları tərəfindən fiziki şərtlər və havadan İHA-larla yaxından təqib edilir. 40 İLLİK ÇİRKLİ MÜNASİBƏTLƏR ORTAYA ÇIXACAQ TSQ-nin "Barazgir" vadisinə qarşı həyata keçirməyi planlaşdırdığı əməliyyat ilə birlikdə təşkilatın 40 ildən bu yana regional və beynəlxalq bütün çirkli əlaqələri, qara pul dövriyyəsi, Qərb ilə aparılan müzakirələr və verilən dəstəklərə dair ən geniş məlumatlara çatılmış olunacaq. Çünki təşkilatın aldığı bu qədər zərbəyə baxmayaraq aldığı bütün dəstək ifşa olacaq. İRAN HƏRBİ HAZIRLIQLARA BAŞLADI Qəndil əməliyyatına dəstək verəcəyi bildirilən İranın Baş Qərargah rəsmilərinin, bu çərçivədə Qəndilin İran sərhəd xəttinə yaxın bölgələrindəki kəndləri və yaylaqları boşaltmağa başladığı bildirilib. Bölgədəki yerli qaynaqlar, İranın Süleymaniyyə və Ərbildə Qəndildəki hərəkətləri təqib etmək üçün kəşfiyyat personalı yerləşdirdiyini və Hacıomran sərhəd xəttini əməliyyat müddətində istifadə etmək üçün 2 fərqli nöqtəyə hərbi güc toplamağa başladığını bildirir. İranın bölgədə təxminən 5 min əsgəri yerləşdirəcək bir infrastruktur yaratmağa çalışdığı bildirilir. İran hazırda Haşdi Şabii güclərini əməliyyatın İraq sərhədləri içindəki hissələrinə daxil etməyi planlaşdırır. Müxalifət.az