Çavuşoğlu-Pompeo GÖRÜŞÜNDƏN İLK AÇIQLAMA

Baxış sayı:
8038

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Amerikalı həmkarı Mayk Pompeo arasında ABŞ Xarici İşlər Nazirliyində baş tutan görüşün sona çatdığı bildirilib.
 
Diplomatik mənbələrdən alınan məlumata görə, Çavuşoğlu ilə Pompeo arasındakı görüş 1 saat davam edib.
Görüşdə başlıca olaraq Münbiç ilə bağlı yol xəritəsinin müzakirə olunduğu və yol xəritəsinin razılaşdırıldığı bildirilib. İki nazir arasındakı görüşdə həmçinin Fetullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fetullah Gülənin ekstradisiyası ilə bağlı prosesin gündəmə gəldiyi qeyd olunub.
Çavuşoğlunun, Pompeo görüşməsinə dair qısa müddət ərzində mətbuat nümayəndələrinə qiymətləndirmə edəcəyi qeyd edilib.
Nazir Çavuşoğlu, Pompeo ilə görüşmək üçün dünən gəldiyi Vaşinqtonda Türk ictimaiyyəti ilə iftarda iştirak etmiş, burada verdiyi açıqlamada, iki ölkə arasında Münbiç məsələsində əldə olunacaq bir razılığın, Pompeo ilə görüşün müsbət nəticələnməsi  bunun iki ölkə arasında dönüş nöqtəsi ola biləcəyini bildirmişdi.
Müxalifət.az