Azərbaycan diasporuna ağır itki - Orenburq vilayətinin diaspor təşkilatının rəhbəri vəfat edib
4-06-2018 17:32
Baxış sayı:
7660

1997-ci illərdən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasının Orenburq vilayəti üzrə diaspor təşkilatına rəhbərlik edən Məmmədov Ələddin Hüseyn oğlu vəfat edib.
Bu haqda Hurriyyet.org-a mərhumun yaxınları tərəfindən məlumat verilib.
Bildirilir ki, Ə.Məmmədov ürək tutması nəticəsində həyatını itirib.
Qeyd edək ki, diaspor rəhbəri bu gün Azərbaycana gətirilərək, Bakı şəhərində dəfn olunub.
Allah rəhmət eləsin!
Hurriyyet.org