Təyyarə qəzasında ölənlərin hamısı... - Nazirlik
6-03-2018 21:33
Baxış sayı:
5680

AN-26 təyyarəsinin Hmeymim aviabazasına enişi zamanı qəzaya uğraması nəticəsində ölən 39 nəfərdən hamısı hərbçilərdir.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıqdır. Təyyarədə hər hansı nöqtədən atəş açılmayıb. Ölən əsgərlərin ailələrinə hər cür yardım ediləcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl Rusiyaya məxsus An-26 təyyarəsinin Hmeymimə enişi zamanı qəzaya uğrayıb.
İlkin məlumatda 32 nəfərin öldüyü bildirilmişdi.