​KTMT müharibə olacağı təqdirdə, separatçı Dağlıq Qarabağa dəstək verməyəcək

Baxış sayı:
5149

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü deyil, bu üzdən Xankəndinə qurum tərəfindən hərbi dəstək verilməyəcək”.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov deyib.
O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.
A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.