“PKK-dan 40 ilin hesabını SORUŞURUQ” – ASO KOMANDİRİ

“Zeytun Budağı” Hərəkatında TSQ ilə çiyin-çiyinə mübarizə aparan ASO komandirlərindən olan Şadı Baragazi bütün mühafizə sistemlərinə rəğmən Afrində PKK-nın xarabazar yaşadığını və terror təşkilatından 40 ilin hesabatının sorulduğunu deyib.
Baragazi, 1980-ci iilərdən başlayaraq Türkiyədə on minləri qətlə yetirən, 2011-ci ildən bəri isə Suriyada 1500-dən çox yaşayış məntəqəsini xarabalığa çevirən və 17 min mülki məsumu qətlə yetirən terror qruplaşmasının Afrində məğlubiyyəti aldığını və bu hesabın Raqqa, Hasəkə, Tel Abyad və Münbiçdə də davam edəcəyini söyləyib. Baragazi, Racoda keçən həftə şəhid olan 17 yaşlı qardaşıoğlunun da qatili olan PKK-ya daha böyük zərbə vurulacağını qeyd edib.
18 KÜRD ŞƏHİDİMİZ VAR
"Qarşımızda döyüşən terrorçular guya Kürdüstan üçün vuruşur" deyən Baragazi, “Ancaq Afrində verilən şəhidlər arasında 18 Kürd var. Ümumilikdə 146 şəhid verdik və dərhal hər cəbhədə PKK-ya qarşı vuruşan, eyni dəyərlər uğrunda canını fəda etməyə hazır minlərlə Kürd gənci ən ön cəbhədə mübarizəni davam etdirir. PKK-ya qarşı verilən şəhidlərdən biri də mənim doğma qardaşımoğlu Əli Əbdülhəmid oldu. PKK Hələbdə bizim, Ərəb və Türkmən qardaşlarımızın evlərini taladı. Onlar yerli olan hər bir dəyərə düşməndirlər. Fikirləri düşmənçilik, qan, yağma və kin-küdurət üzərində qurulmuşdur. PKK fikir və hərəkət etibarı ilə bizi irqçilik bataqlığında boğmaq istəyən qüvvələrə xidmət edir" deyə, bildirib.
BÜTÜN MÜQƏDDƏSLƏRƏ SÖYÜRLƏR
Baragazi sonra bunları deyib: "Raco və sonra Badənli cəbhələrində rabitə vasitələrini dinlədim. Hər halda Allaha, peyğəmbərə və Qurana söyürlər. Badənlidəki terrorçuların komandiri Türkiyədən gələn bir qadın PKK-lıdır. Ərəbcə və Kürdcə bilmirdi, Türk komandan dəfələrlə "təslim olun” çağırışı etsə də, amma onlar baş leytenantın inancını təhqir etdilər. Mən bir Kürd gənci olaraq tərəddüdsüz Türk komandanın tutduğu səfi, təmsil etdiyi düşüncə və inancını seçirəm".
Müxalifət.az