Avropa Şurasının baş katibi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb
11-09-2017 22:01

Avropa Şurasının baş katibi Torbyörn Yaqland “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.
Bu barədə Avropa Şurasının bəyanatında deyilir.
Baş katib bu müsbət addımı alqışladığını bildirib və Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb.