Nazarbayev əlifbanı dəyişir: 17 hərf ixtisar olunur

Qazaxıstan parlamentinə ölkənin latın qrafikalı əlifbası təqdim edilib.
 
Bunu jurnalistlərə açıqlamasında Dilçilik İnstitutunun direktoru Erden Kajıbek söyləyib. Onun sözlərinə görə, yeni əlifba 25 hərfdən ibarət olacaq.
O bildirib ki, əlifba qazax və əcnəbi ziyalıların iştirakı ilə hazırlanıb. İnstitut direktoru işçi qrupun təklif etdiyi yeni əlifbanın ictimai müzakirələrdən keçəcəyini vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanın hazırkı əlifbası 42 hərfdən ibarətdir. Bu ilin aprelində Prezident Nursultan Nazarbayev 2017-ci ilin sonunadək latın qrafikalı əlifbaya keçid haqqında sərəncam verib./axar.az