İcra Hakimiyyətinin vəzifəli şəxsi bıçaqlandı

Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.
 
"Report" xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.