"Saakaşvili III Maydana hazırlaşır" - VASADZE

Mixail Saakaşvili Ukrayna siyasətinin artıq aparıcı üzvünə çevrilib.
 
Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze söyləyib.
“Dünənki hadisə ilə bağlı yalnız onu demək olar ki, Saakaşvili artıq Ukraynanın əsas siyasi oyunçusuna, daha doğrusu, Ukrayna müxalifətinin aparıcı üzvünə və hazırkı hakimiyyətdən narazı olan qüvvələrin liderinə çevrildi. Ukraynada Üçüncü Maydanın olacağını söyləmək çətindir. Ancaq Ukrayna hər şeyin mümkün ola biləcəyi ölkədir”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Saakaşvili öz tərəfdarlarının köməyi ilə Ukrayna-Polşa sərhədini keçərək Ukraynaya gəlib. Rəsmi Kiyev Saakaşvilinin addımını dövlətə xəyanət adlandırıb.