Ukrayna-Gürcüstan sövdələşməsi: Saakaşvilini həbs edib Gürcüstana vermək istəyirlər

Saakaşvili: “Əminəm ki, Ukrayna mənim barədə artıq Gürcüstanla razılaşıb”
 
Bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili danışıb.
“Hamımız görürük ki, Poroşenko və İvanişvili arasında razılaşma var. Onlar əvvəl məni şantaj etdilər və qorxudurlar. Deyirlər ki, əgər Ukraynaya gəlsəm, məni ittihamlarla həbsə atacaqlar. Əslində həmin ittihamları heç kəs qəbul etmir”, - Saakaşvili bildirib.
Qeyd edək ki, Ukrayna Saakaşvilinin vətəndaşlığını ləğv etdikdən sonra siyasətçi yenidən Kiyevə qayıdacağını açıqlamışdı./axar.az