Mehman Əliyev məhkəməyə gətirilməyib – Proses təxirə salınıb

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti üzrə məhkəmə təxirə salınıb.
 
Bu gün Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesə Mehman Əliyev gətirilməyib.
Bu səbəbdən proses sentyabrın 11-dək təxirə salınıb.
Xatırladaq ki, sentyabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə Mehman Əliyev girov müqabilində azadlığa buraxılması ilə bağlı ərizə təmin edilməyib. Mehman Əliyev və vəkili Fuad Ağayev həmin qərardan apelyasiya şikayəti verib.