BAKIDA DƏHŞƏT: Qadının dilini və dodağını kəsdilər
8-09-2017 18:32

Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Azadlıq prospektində naməlum şəxs 42 yaşlı Ellada Əlizadənin dilini, dodağını kəsib və boğaz nahiyyəsinə xəsarət yetirib.
Daha sonra həmin şəxs 1967-ci il təvəllüdlü Cələb Cələbovu da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin hansıs səbəbdən və kim tərəfindən baş verdiyi məlum deyil. Hər iki yaralı koma vəziyyətində olduqları üçün onları dindirmək mümkün olmayıb.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Faktla bağlı cinayət işi başlanıb.