Timoşenko Saakaşvilinin müdafiəsinə qalxdı
8-09-2017 15:07

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko sentyabrın 10-da Mixail Saakaşvilinin Ukraynaya geri dönməsinə kömək etmək üçün Polşaya gedəcək.
Bunu “Nyusvan” televiziyasına açıqlamasında Timoşenkonun özü söyləyib.
“Mən Mixail Saakaşvilini şəxsən müdafiə edəcəyəm. Onun Ukraynada yaşamaq haqqı var. Prezident Pyotr Poroşenko Saakaşviliyə qarşı siyasi represiyanın gizli metodlarından istifadə edir” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin vətəndaşlıqdan çıxarıb. Saakaşvili sentyabrın 10-da Ukraynaya geri dönəcəyini bildirib. O, Polşa sərhədini öz tərəfdarları ilə keçəcəyini söyləyib.