İcra başçısının xanım müavini işdən çıxarıldı
8-09-2017 11:20

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin xanım müavini işdən azad edilib.
AzVision.az xəbər verir ki, icra başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova təqaüdə göndərilib.
Onun yerinə icra başçısının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin mudiri Zeynalova Zivər Oktay qızı təyin olunub.