Şüvəlanda dənizdə batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Xəzərdə batan şəxsin kimliyi məlum olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı bildirilən şəxs - 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızıdır.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.
***
15:53
Şüvəlan qəsəbəsində 1 nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək./apa