22 yaşlı Gəncə sakini özünü asıb

Gəncədə intihar hadisəsi baş verib.
 
Hadisə “Hərbi şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb.
 1995-ci il təvəllüdlü Ələkbərov İbrahim Əzim oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki, məlum deyil.
 Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.