Tramp dünya liderlərinin BMT-də islahatlar üzrə zirvə toplantısını keçirəcək - Reuters
2-09-2017 09:19

ABŞ prezidenti Donald Tramp sentyabrın 18-də Nyu-Yorkda dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısını keçirmək niyyətindədir.
Bu barədə Reuters agentliyi xəbər verib.
Görüşə 10 bənddən ibarət deklarasiyanı imzalayan ölkə liderləri dəvət ediləcək.
Məlumata əsasən, deklarasiyada BMT-də effektiv və məqsədəuyğun islahatların başlanılmasına çağırış ifadə olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də başlayacaq.