Xaçmazda KamAZ VAZ-2106 ilə toqquşdu: sürücü ödü
1-09-2017 21:38

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
ARB TV xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunda "KamAZ" yük maşını VAZ-2106 ilə toqquşub.
Nəticədə, VAZ-ın sürücüsü Xaçmaz rayon Müşgül kənd sakini 49 yaşlı Əkbər Abdullayev ölüb.
Mərhumun meyiti Xaçmaz rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.