​Tiflisdə də yanğın başladı - MTATSMİNDA DAĞINDA

Gürcüstanın paytaxtı Tiflis şəhərində, Mtatsminda dağındakı meşə ərazisində yanğın başlayıb.
APA-nin yerli bürosunun məlumatına görə, yanğının söndürülməsinə helikopter cəlb olunub. Yanğınsöndürmə briqadaları hadisə yerindədir. Yanğının səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, avqustun 8-də gecə saatlarında adıçəkilən dağda güclü yanğın baş vermişdi.