Qəbələdə yanğın davam edir – BÜTÜN QÜVVƏLƏR SƏFƏRBƏR OLUNUB
1-09-2017 11:11

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ dağlarında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN xəbər verir ki, rayonun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb və söndürmə işlərinə başlanıb.
Əlavə məlumat veriləcək.