"İŞİD lideri sağdır" - ABŞ BAĞDADİNİ AXTARIR

ABŞ İŞİD lideri Əbu Bəkr əl Bağdadinin sağ olduğunu hesab edir və onun axtarışı ilə məşğul olmaqda davam edir.
 
“RİA Novosti”- nin verdiyi xəbərə görə, bunu koalisiya komandanı amerikalı general Stiven Taunsend deyib.  
“Düşünmürəm ki, əl Bağdadi sağ deyil. Biz hər gün onu axtarmaqda davam edirik. O sağ olmasa, biz məmnun olarıq”, - deyə general brifinq zamanı deyib. 
Stiven Taunsendin sözlərinə görə, əl Bağdadinin sağ olduğuna işarə verən müəyyən kəşfiyyat məlumatları mövcuddur: “O, nə İraqda, nədə ki Rəqqadadır, çox ehtimal ki, Fərat vadisinin mərkəzindədir”.