“Qarabağ” Ramil Şeydayevi heyətinə qatıb

 “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək
 
Ağdamın “Qarabağ” klubu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.
Komanda Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” futbol klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.
Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.