Rusiya konsulluğunu bağlamaq qərarını Tramp verib - RƏSMİ AÇIQLAMA
1-09-2017 01:41

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Rusiya səfirliyinin San-Fransiskodakı konsulluğunun bağlanması haqda qərarı ABŞ prezidenti Donald Tramp özü şəxsən qəbul edib.
Muxalifet.az bildirir ki, xəbəri RT yayıb.
"Bu prezidentin qərarı idi", — deyə o vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, ABŞ Rusiyadan Amerika diplomatlarının çıxarılmasına cavab tədbirləri haqda Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi.