​Gülnarə Kərimovanın qızı babasının abidəsinin açılışında

Özbəkistanda pul qoparma və vergi ödənişindən boyun qaçırma işi üzrə ittiham edilmiş Gülnarə Kərimovanın qızı İman, babası- respublikanın birinci prezidenti İslam Kərimovun Daşkənddə açılmış abidəsi önünə güllər qoyub.
Bu barədə “Sputnik Özbəkistan” xəbər yayıb.
Respublikasının sabiq başçısının kiçik qızı Lola Kərimova-Tillyayeva sosial şəbəkələrdə bacısı qızı ilə şəklini paylaşıb.
İslam Kərimovun Daşkəndin Oksaroy iqamətgahı yaxınlığındakı abidəsi cümə axşamı təntənəli şəkildə açılıb. Mərasimdə birinci prezidentin dul xanımı Tatyana Kərimova da iştirak edib.