İrandan kürdlərə sərt xəbərdarlıq: Referendum təhlükəlidir

İran Xarici İşlər Nazirliyi Kərkük Şəhər Məclisinin Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumunda iştirakına dair qərarını təhlükəli və narahatedici addım hesab edir.
 
Bu sözlər İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi tərəfindən verilən yazılı açıqlamada yer alıb. Sözçü Kərkük Şəhər Məclisinin qərarını İraqın ərazi bütövlüyü və suverenliyinə qarşı olan yanlış addım kimi qiymətləndirib.
“Xəbərdarlıq edirik ki, regionda və İraqın qonşuluğunda yeni böhranlara səbəb ola biləcək hər hansı bir hadisəyə səssiz qalmayacağıq. Alınan qərar təhlükəli və narahatedicidir. Tərəflər İraq konstitusiyasına sadiq qalıb dialoq və qanunlar çərçivəsində problemlərini yoluna qoymalıdır”,- deyə İran XİN-in açıqlamasında bildirilib./teleqraf.com