Rus jurnalist Ukraynada oğurlanıb
30-08-2017 16:55

Ukraynada jurnalist oğurlanıb.
Rusiya KİV xəbər verir ki, oğurlanan Rusiyanın "Birinci kanal"ının əməkdaşı Anna Kurbatovadır. Televiziya məlumatı təsdiqləyib. Bildirilir ki, A.Kurbatova naməlum istiqamətə aparılıb.
Onun əvvəllər dəfələrlə təhdid edildiyi deyilir. Təhididlər Ukraynanın Müstəqillik günü ilə bağlı hazırladığı reportajdan sonra gəlməyə başlayıb.