Gəncədə pul-qızıl dolu çanta oğurlandı
30-08-2017 12:36

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Gəncə şəhəri ərazisindəki mağazalardan birindən içərisində 480 manat pul və 1080 manat dəyərində qızıl əşyalar olan çanta oğurlanıb.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən Razi Rzayev həbs edilib.
Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.