Kürdəmirdə “Mersedes” 27 yaşlı piyadanı vuraraq öldürüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini,  1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.
 Piyada  aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./apa