İspan mətbuatı Mehman Əliyevin həbsindən yazır

İspaniyanın mәhşur Elpais qәzeti Azərbaycan hakimiyyətinin medianı susdurmasından, Mehman Әliyevin hәbsindәn yazıb.
 
“Azərbaycanda mövcud olan hakimiyyəti 20 ildir müstәqil jurnalistlәrin susdurulması ilә daha çox yadda qalıb. Hörmәtli müstәqil iqtisadçı jurnalist Mehman Әliyev 24 avqustda Bakıda hәbs olunub. Mehman Әliyev bir sıra maliyyә cinayәtlәrindә ittiham olunaraq barәsindә 3 aylıq hәbs qәtimkan tәdbiri seçilib. Turan İA 1990-cı ildә yaradılıb. Azәrbaycanın siyasi dairәlәri narahatdır ki, jurnalistin istintaqa cәlb edilmәsi Turan İA-nın bağlanmasına sәbәb olacaq. Baxmayaraq ki, Turan İnformasiya agentliyi Qafqaz regionunun iqtisadi, sosial vә siyasi reallıqlarını öyrәnmәk üçün istinad nöqtәsi olub vә hazırda Azәrbaycanda öz müstәqilliyini qoruyan yeganә informasiya vasitәsidir.”