Oğuz və Qəbələ meşələrində yanğın: Söndürülmək üçün helikopterlər cəlb edilib

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə avqustun 28-də Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verdiyi barədə məlumat daxil olub.
 
FHN-nin saytının verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.
 Duruca kəndində meşə ağacları və kol-kos 1 ha sahədə yanıb.
 Yanğın saat 20:53-də söndürülüb.
 Qalan ərazilərdə söndürmə işləri davam etdirilir.
 Əlavə məlumat veriləcək.