Xadimə qadın işlədiyi evdən oğurluq edib - BAKIDA

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlhamə Əliyeva tutulub
 
Bakıda xadimə qadın işlədiyi yerdən oğurluq edib.
Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub./report