Yük maşını ağaca çırpılaraq yanıb - ŞƏKİDƏ

Şəkidə yanğınla nəticələnən yol qəzası baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytınIN verdiyi xəbərə görə, Şəki şəhərində “Qazel” markalı yük avtomobili  idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
 Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.