Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən keçib
29-08-2017 08:52

Yaponiya hakimiyyəti yerli sakinləri xəbərdar edib və ehtiyat tədbirləri görməyə çağırıb
Şimali Koreya Şimali Yaponiya istiqamətində raket buraxılışı həyata keçirib.
TASS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yaponiya hakimiyyəti yerli sakinləri xəbərdar edib və ehtiyat tədbirləri görməyə çağırıb.
Bununla əlaqədar Yaponiya hökuməti çərşənbə axşamı Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirib.
İclas KXDR-nin növbəti raket buraxılışı ilə əlaqədar baş tutub.
Yerli KİV-in məlumatına görə, Yaponiya Şimali Koreya hökumətinə öz etirazını göndərib.
Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bildirib ki, bu cür hadisələr həm Yaponiyanın təhlükəsizliyi üçün, həm də Asiya-Sakit Okean regionu üçün çox ciddi təhlükədir.