Danışa və yeriyə bilməyən əlili məcburən məhkəməyə apardı – DSMF-nin ZƏRDAB ŞÖBƏSİNİN MÜDİRİ HAQDA ŞOK FAKTLAR

Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Müəllif DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevdən şikayətçidir:
“Qeyd edim ki, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev məndən və yataq xəstəsi olan 1-ci qrup əlil qardaşım Fəriddən əl çəkmək istəmir.
18 avqust 2017-ci il tarixdə yataq xəstəsi qardaşım Fəridi məhkəməyə məcburən və xərəkdə gətiriblər. Nəinki Zərdabda, bəlkə də heç dünyada belə bir biabırçılıq və qanunsuzluq olmamışdır ki, bunu DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyev həyata keçirdi. Buna görə Zərdabda bütün tanıyan-bilən şəxslər ona nifrət edir. O isə bu hərəkətindən sanki həzz alır.
Mən bir daha mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, bizə kömək edin, yataq xəstəsi 1-ci qrup əlilil qardaşım Fəridin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb, onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz .
Xatırladım ki, anadangəlmə şikəst 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldılmasına etiraz olaraq yazdığım şikayət ərizələrinə görə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev mənə qarşı məhkəmədə iddia qaldırıb, 5000 manat təzimat tələb edir. Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığım şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna xələl gətirmişəm.
Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir. Yeriyə bilmir, güclə danışır. Danışanda da nitqini başa düşmək olmur. Çox acınacaqlı, yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib. Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım, bir də yataq xəstəsi olan əlil qardaşım bir yerdə uçuq-sökük daxmada yaşayırıq. Ailəmizdə heç kəs işləmir”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.
Şikayətçinin göndərdiyi video yazının sonuna əlavə olunur.