Fransa prezidentinin həyat yoldaşı ilk müsahibəsini verdi –Jurnal satış rekordu vurdu+ FOTO
28-08-2017 17:33

Fransanın “Elle” jurnalı birinci xanım Bricit Makron ilə müsahibə dərc edib.
Məhz bu müsahibəyə görə jurnal 530 min ədəd satılaraq son 10 ilin rekordunu qırıb.
CNN telekanalı xəbər verir ki, jurnalın satışı hələ də davam edir. On səhifəlik müsahibə 30 milyon insan tərəfindən oxunub və sosial mediada paylaşılıb.