İrəvanda kimya zavodu yanır - VİDEO

Ermənistanın paytaxtı İrəvanda “Nairit” kimya zavodunda yanğın başlanıb.
 
Ermənistan KİV xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Yanğının səbəbləri barədə məlumat verilməyib. Yanğının söndürülməsi davam edir. Hadisə yerinə 6 yanğınsöndürmə briqadası göndərilib./publika.az