Bakıda evdən oğuluq: 20 min dollar və 80 min manatlıq qızıl apardılar
28-08-2017 10:16

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.